Dek 15, 2020 14:14 Asia/Baku
  • İran 22 ölkəyə balıq kürüsü ixrac edib

İranın gömrük idarəsinin sözçüsü deyib ki, ötən səkkiz ayda İrandan dünyanın iyirmi iki ölkəsinə min 213 kiloqram balıq kürüsü ixrac olunub.

SəhərAzəri xəbər verir, Seyyed Ruhollah Lətifi dünən sonra deyib: Ötən səkkiz ayda İranın bütün balıq kürüsü ixracatı ölkəyə 624 min 294 dollar valyuta gətiribdir.

Lətifi bildiribdir ki, İranın balıq kürüsündən Avropanın payı- 68 faizdən çox, Asiyanın payı- otuz faiz, Amerikanın payı bir faizdən çox, Avstraliyanın payı isə bir faizdən az olubdur.

İranın gömrük idarəsi sözçüsünün dediyinə görə, Almaniya, Belçika, Yaponiya, İngiltərə, əmirliklər, Hollandiya və İspaniya müvafiq olaraq, ötən səkkiz ayda İrandan balıq kürüsü satın almış yeddi ölkə olubdur.

Rusiya, Oman, Hoq-Konq, İtaliya, Kanada, Qətər, Avstraliya, Küveyt, İsveçrə, Tailand, Cənubi Koreya, Tayvan, Sinqapur, İsveç və Kamboca müvafiq olaraq, İranın balıq kürüsünün digər alıcılarıdırlar.

Teqlər