Borrel nüvə anlaşması üzrə birgə komissiyanın iclasının keçirilməsini vurğulayıb
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi öncədən təyin olunmuş zaman cədvəli əsasında nüvə anlaşması üzrə birgə komissiyanın iclasının keçirilməsini vurğulayıb.
SəhərAzəri xəbər verir, Cozep Borrel Berlində Almaniyanın xarici işlər naziri Hayko Maas ilə birgə məbuat konfransında Avropa-İran böyük iqtisadi toplantısının təxirə salınmasının nüvə anlaşması üzrə birgə komissiyanın iclasına təsirini rədd edib.
O, deyib: Bu iclasın keçirilməsi üzrə zaman cədvəli əsla dəyişməyəcək və biz bununla bağlı səyimizi davam etdirəcəyik.
Üçgünlük Avropa-İran ticarət iclası Qərb ölkələri səfirlərinin, gizli casusluq fəaliyyətlərində ittiham edilən Ruhollah Zəmin edam edilməsinə müdaxilə mahiyyətli reaksiyalarının ardınca təxirə salındı.
Avropa Birliyi şənbə günü İranın daxili işlərinə müdaxilə mahiyyətli bir bəyanat yayaraq iddia etdi ki, Ruhollah Zəmin məhkəmə prosesi rəhmsizcəsinə və qeyri-insani olubdur.
Ruhollah Zəm məhkəmədə etiraf edibdir ki, əks-inqilabçı və casusluq xidmətləri üçün bir neçə il casusluq edibdir.
Yüksək rütbəli hərbi komandanların, xüsusən şəhid general-leytenant Qasem Soleymaninin fəaliyyətlərini açıqlamaq və zorakı qiyam metodlarını təlim keçmək Ruhollah Zəmə qarşı irəli sürülən ittihamlardan sayılır.