İran: "Dəniz təhlükəsizliyinə qarşı hər hansı dağıdıcı hərəkəti rədd edirik"
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "İran dəniz təhlükəsizliyi və beynəlxalq ticarət azadlığına qarşı hər hansı bir dağıdıcı hərəkəti rədd edir".
SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Qırmızı dənizdə bir tankerin partlaması və yanğına məruz qalması ilə bağlı bir suala cavab olaraq, İran İslam Respublikasının regional sabitlik və təhlükəsizliyin qorunmasına dair daimi mövqeyini vurğulayıb.
Səid Xətibzadə ümidvarlıq edib ki, region ölkələri dayanıqlı təhlükəsizliyə nail olmaq üçün dəniz təhlükəsizliyini təmin etmək, quldurluq və qanunsuz maddələrin ticarəti ilə mübarizə sahəsində əməkdaşlıqları gücləndirmək üçün səylərini artırmalıdır.
İngiltərənın "Embri" adlı Dəniz Təhlükəsizliyi Şirkəti bu gün Ərəbistanın Əl-Şəqiq limanında Yunanıstan tərəfindən idarə olunan bir tankerin mina ilə toqquşmadan sonra xəsarət aldığından xəbər verib.
Sözü gedən tanker Maltanın bayrağı altında Yəmən sərhədinin şimalında və Qırmızı dənizdə yerləşən Əl-Şəqiq limanından buraxılıbdır.