Dek 17, 2020 00:04 Asia/Baku
  • İraqçi:

İranın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini deyib: "İran nüvə anlaşmasının icrası və başqalarının qanunsuz davranışlarının bütün xərclərini öz üzərinə götürə bilməz".

SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyindən verilən məlumata istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini Seyid Abbas İraqçi Əhatəli Müştərək Təşəbbüs Proqramı (nüvə anlaşması) üzrə birgə komissiyanın video konfrans formatında keçirilən 17-ci iclasında İranın nüvə və müdafiə sahəsinin görkəmli alimi şəhid Möhsün Fəxrizadənin terror edilməsindən sonra üç Avropa ölkəsinin son mövqelərinə etiraz edib və deyib: "Üç Avropa ölkəsi İranın nüvə aliminin vəhşicəsinə terrorunu qınamaq əvəzinə cinayətkar bir şəxsin qanunla cəzalandırılmasını qınayıblar".

İranın nümayəndə heyətinin sədri nüvə anlaşmasının iclasında qeyd edib ki, Avropa tərəfləri mütəmadi olaraq, təkcə İrandan istər ABŞ sanksiyaları istərsə də Nətənz nüvə təsisatında təxribat və ya nüvə alimlərinin terror edilməsi olsun bütün qanunsuz və düşmənçilik davranışlar qarşısında təmkinli olmasını istəyirlər. Halbuki, İran nüvə anlaşmasının icrası və başqalarının qanunsuz davranışlarının bütün xərclərini öz üzərinə götürə bilməz və nüvə anlaşmasının qorunması üçün başqaları da xərc çəkməlidirlər".

İraqçi ABŞ-ın nüvə anlaşmasına qayıtması ilə bağlı fərziyyələr barədə deyib: "İran hər zaman mövqeyini açıq-aşkar bəyan edib və ABŞ-ın nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə qayıdacağı və 2017-ci ilin yanvarındakı vəziyyəti bərpa edəcəyi təqdirdə, Əhatəli Müştərək Təşəbbüs proqramının 26 və 36-cı maddələrinə uyğun olaraq dayandırdığı öhdəliklərini yerinə yetirməyə hazırdır".

İran xarici işlər nazirinin müavini, həmçinin vurğulayıb ki,  özlərini demokratiyaya və onun qaydalarına sadiq hesab edən üç Avropa hökuməti, İran hökumətindən demokratiya prinsiplərinə məhəl qoymayaraq, İslam Şurası Məclisinin qəbul etdiyi qanunu icra etməməsini gözləməməlidirlər.

"İran İslam Respublikası hökuməti, qanuni prosedurları sona çatdıqdan sonra İslam Şurası Məclisinin təsdiq etdiyi qanunları yerinə yetirməyə öhdəlikli və borcludur", - deyə İranın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müavini əlavə edib.

Teqlər