Dek 17, 2020 10:01 Asia/Baku
  • Təxti Rəvançi:

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi terrorçu ABŞ qüvvələrinin Suriyada mövcudluğunun qanunsuz olduğunu bəyan edərək, onların bu ölkədən çıxarılmasına çağırıb.

SəhərAzəri İRİB-ə istindla xəbər verir ki, Məcid Təxti Rəvançi BMT-nin çərşənbə günü Suriya mövzusunda keçirilən iclasında, ABŞ hərbçilərinin bu ölkədə olmasının qanunsuz və hansısa gizli məqsədləri izləmək üçün olduğunu qeyd edib və deyib: "Dəməşqin icazəsi olmadan Suriyada olan bütün xarici qüvvələr bu ölkəni tərk etməlidirlər".

"Həmı Suriyanın ərazi bütövlüyü, birliyi, siyasi müstəqilliyi və suverenliyinə tam hörmət etməlidir", - deyə Təxti Rəvanşi əlavə edib.

Ölkəsinin Suriya böhranının siyasi həllinə tam sadiq olduğunu vurğulayan İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi deyib: "Suriya xarici işlər nazirinin bu yaxınlarda Tehrana səfəri zamanı bu mesaj bir daha vurğulandı və Suriyanın suverenliyini və ərazi bütövlüyünü gücləndirmək və xalqının əzablarını azaltmaq yolları da daxil olmaqla geniş spektrlı mövzular müzakirə edildi".

Təxti Rəvançi Suriya məsələləri üzrə İranın xüsusi nümayəndəsi ilə BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi arasında bu ölkənin siyasi proseslərindəki son inkişaflar, o cümlədən Konstitusiya Komitəsinin son iclası barədə məsləhətləşmələrə toxunub və bu komitənin istənilən xarici müdaxilə və ya təzyiq olmadan, habelə onun fəaliyyəti üçün hər hansı bir süni möhlət təyin edilmədn öz işinə davam etdirməsi vacibliyi vurğulayıb.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi sionist rejimin Suriyaya davamlı təcavüzlərini kəskin şəkildə qınayıb və deyib: "Bu təxribat xarakterli hərbi avantüralar dayandırılmalıdır".

Təxti Rəvançi bu iclasda Suriyanın bərpasının və qaçqınların və məcburi köçkünlərin Suriyadakı əsas yaşayış yerlərinə təhlükəsiz və könüllü şəkildə qayıtmasının asanlaşdırılmasının vacibliyini vurğulayıb və qeyd edib ki, milyonlarla suriyalı qaçqın müəyyən güclərin siyasi maraqları naminə girov götürülməməlidir.

Teqlər