Dek 17, 2020 11:33 Asia/Baku
  • İranın

İranın 15-ci qeyri-maddi mədəni irsi olaraq, Miniatür sənəti Türkiyə, Azərbaycan Respublikası və Özbəkiatanla birgə hazırlanan nominasiya sənədi üzrə YUNESKO-nun dünya irsi siyahısına daxil edilib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, koronavirus səbəbindən onlayn formatda keçirilən BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatı YUNESKO-nun 15-ci Dünyanın Qeyri-Maddi İrs Komitəsi dekabrin 14-dən Yamaykanın ev sahibliyi ilə işə başlayıb və 6 gün müddətinə onlayn rejimdə hər gün saat 16-dan 19-dək davam edəcək. 

Bu sənət ənənəvi cəmiyyətlərdə mədəni, ədəbi xüsusiyyətlərə və qızıl, gümüş, kinovar və lacivərd kimi xammallara əsaslanan tələblərə, eləcə də dünyaya, təbiətə və onun təfsirinə baxış tərzinə əsaslanaraq inkişaf etmiş xüsusi bir rəsm növüdür.

İranın mədəni irs nazirinin müavini Məhəmməd Həsən Talebiyan bu iclasın kənarında deyib: "İran Miniatür rəssamlıq sənətinin Türkiyə, Azərbaycan Respublikası və Özbəkistan ilə birgə hazırlanan nominasiya sənədi nəzərdən keçirildikdən sonra səs çoxluğu ilə və heç bir müxalifət olmadan qəbul edildi və İranın 15-ci qeyri-maddi mədəni irsi olaraq, YUNESKO-nun Dünya İrsi Siyahısında qeydə alındı".

Dünən iclasın ikinci günündə axşam çagı, təhlükə altında olan və dərhal qorunmağa ehtiyac duyduğu qeyd edilən İranın "Nəqqalıq" sənəti və ənənəvi bacarıq olan "Lencqayırma (bir növ gəmi)" və Fars körfəzində onunla dənizçilik etməklə bağlı İran İslam Respublikasının qoruma tədbirləri barədə dövri hesabat araşdırılıb, təsdiq edildi.

Teqlər