Ruhani: "Milli neft-kimya layihələrinin açılışı İran millətinin gücünü göstərir"
İran İslam Respublikası prezidenti milli neft-kimya layihələrinin iranlı gənclər və mütəxəssislər tərəfindən istifadəyə verilməsini İran millətinin gücünün göstəricisi və dünya imperializminə vurulan böyük bir zərbə kimi dəyərləndirib.
SəhərAzəri xəbər veriri ki, İran İslam Respublikası prezidenti prezidenti Həsən Ruhani bu gün istehsalda sıçrayış üçün milli dinamikanın 38-ci həftəsində üç İlam, Qərbi Azərbaycan və Həmədan vilayətlərində milli neft-kimya layihələrinin videokonfrans formatında keçirilən açılış mərasimində deyib: "Bütün İran sanksiyalar dönəmində hamının iştirak etdiyi və fəaliyyət göstərdiyi nəhəng bir iqtisadi emalatxanaya çevrildi".
Ruhani, İranın milli gücünün bu gün ərsəyə gəldiyini və hər kəsin böyük uğurlar üçün əl-ələ verdiyini bəyan edərək, vurğulayıb: "Nəhəng neft-kimya sənayesinin milli layihələrinin açılışı, böyük İran xalqının bütün sahələr üzrə uğurlu olduğunu göstərir".
İran İslam Respublikası prezidenti, həmçinin iqtisadi müharibə komandirlərini təbrik edərək, deyib: "İranda konstruksiyası olan neft-kimya layihələri, İran sənayesini dayandırmaq üçün hədsiz səy göstərən dünya imperializminə böyük bir zərbədir."
Ruhani iqtisadi müharibənin ömrünün sona çatdığını və bu müharibənin şər komandirinin özünün siyasi ömrünün sonunda olduğunu bəyan edərək, deyib: "Böyük İran milləti tarix boyu ayaqda və başıuca olduğu kimi əbədi olaraq, ayaqda və başıuca olacaqdır".
İran İslam Respublikası prezidenti daha sonra deyib: "İqtisadi müharibədə düşmən bir çox məqsədi izləyirdi, Lakin bu iqtisadi müharibədə düşmən tərəfindən hər gün bombalanan, iki əsas hissə neft və bank sektoru idi ki, xoşbəxtlikdən xalqın müqaviməti və iranlı mütəxəssislərin səyləri nəticəsində bu mərhələ arxada qaldı".