Cənab Həsən Ruhani vurğulayıb;
"Hökumət hər an sanksiyaları zərərsizləşdirməyə çalışır"
İran İslam Respublikası prezidenti deyib: "Hökumət ABŞ-ın zalımcasına sanksiyalarını zərərsizləşdirmək üçün hər an çalışır".
SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Tehranda Koronavirusla Mübarizə üzrə Milli Qərargahın iclasında, koronavirus peyvəndinin təmin edilməsində ABŞ-ın təxribatına toxunaraq, deyib: "ABŞ koronavirus peyvəndini almaqda bizə problem yaradır və anti-İran mediaları da hər gün müxtəlif bəhanələrlə bu məsələdən sui-istifadə edirlər".
İran prezidenti vurğulayıb: "İstənilən yerdə etibarlı peyvənd olarsa və Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənərsə, hökumət mütləq onu almaq üçün hərəkətə keçəcək".
Ruhani, həmçinin bəzi Avropa ölkələrində, xüsusilə də İngiltərədə koronavirusun mutasiyaya uğramış növünün aşkarlandığını bəyan edərək, əlavə edib: "Xalqımızın mutasiyalı virusa yoluxmaması üçün Avropadan İrana daxil olan sərnişinlər barədə daha diqqətli olmalıyıq".