İranda təxminən 950 min nəfər koronavirusdan sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə altı min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və 134 nəfərin həyatını itirməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda beş min 760 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 732 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının bir milyon 194 min 963 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 134 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 54 min 574 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 942 min 548 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.