Dek 28, 2020 13:37 Asia/Baku
  • İranda istehsal olunan Covid-19 peyvəndinin insan üzərində testinin təfərrüatları açıqlandı

İran Klinik Sınaq Qeyd Mərkəzi İranda istehsal olunan Covid-19 İnaktiv Peyvəndin təhlükəsizliyini və İmmünogenliyini qiymətləndirən bir klinik tədqiqatınnın təfərrüatlarını açıqlanyıb.

SəhərAzəri xəbər verir, bu mərkəz tərəfindən “Sağlam bir populyasiyada COVID-19 təsirsiz hala gətirilmiş (İnaktiv) peyvəndin təhlükəsizliyi və İmmünogenliyinə dair klinik sınağın birinci mərhələsində peyvənd 56bkönüllü şəxsə aşılanıb.
Bu tədqiqatın məqsədi sağlam bir populyasiyada COVID-19 virusunum qarşısını almaq və təhlükəsizliyini və immunogenliyini müəyyənləşdirməkdir.
İran Klinik Sınaq QeydiyyatMərkəzinin veb saytında verilən məlumata görə, bu klinik tədqiqatı 56 sağlam könüllü üzərində, birinci mərhələdə, təsadüfi, ikiqat kor, üç paralel qol, Plasebo nəzarəti ilə hazırlanıbdır. 
Bu sınaqdan birinci mərhələ, Tehranda klinik sınaqlar üçün təchiz olunmuş Erəm Otelində keçiriləcək.
Könüllülər 3 və ya 5 mikroqram aşı və ya plasebodan təsadüfi bir doz aldıqdan sonra (Tədqiqatın iki mərhələsinə əsasən: aşağı doza və yüksək doza), 0 və 14-cü günlərdə gündə iki-iki dəfə aşı qəbul edəcəklər və Fəsadları, humoral və hüceyrə toxunulmazlığını yoxlamaq üçün 28-ci günə qədər nəzarət altında olacaqlar. Bütün könüllülər iş bitdikdən sonra, 360 günə qədər uzun müddət təqib ediləcəklər.
Könüllü qəbulu bu il dekabrın 21-i, gözlənilən sonu isə fevralın 18-i olacaq.

Teqlər