Dek 28, 2020 14:46 Asia/Baku

Koronavirusla Mübarizə üzrə Elmi Komitənin sədri deyib: "İranın koronavirus vaksini hazırlayan 7 şirkəti gələn ilin fevral ayınadək kliniki sınaq mərhələsinə daxil olacaqlar"

SəhərAzəri xəbər verir, Koronavirusla Mübarizə üzrə Elmi Komitənin sədri Mustafa Qanei bu gün Mehr Xəbər Agentliyinə verdiyi müsahibədə, Biotexnologiyanın İnkişafi Mərkəzinin nəzarəti və dəstəyi ilə hazırlanan yeddi koronavirusa qarşı peyvənd barədə əlavə edib: "Üç şirkət heyvan üzərində sınaq mərhələsini tamlayıblar və insan üzərində sınaq üçün lisenziya alıblar".

Qanei qeyd edib ki, kliniki sınaq mərhələsinə daxil olan üç şirkətdən biri əhəmiyyətli dərəcədə irəliləyib və digərlərindən daha tez insani mərhələsinə qədəm qoyub.

Teqlər