Əhli-Beytin (ə) kəriməsinin hərəmində Həzrət Zəhranın (s) şəhadətinə xüsusi proqramlar
Siddiqeyi Tahirə Həzrət Fatimeyi Zəhranın (s.ə) müsibətli şəhadətinin növbəti ildönümü gecəsi “Əhli-Beytin (ə) kəriməsi” nin müqəddəs ziyarətgahında müxtəlif matəm proqramları ilə anılır.
SəhərAzəri xəbər verir, Siddiqeyi Tahirə Həzrət Fatimeyi Zəhranın (s.ə) müsibətli şəhadətinin növbəti ildönümü gecəsi “Əhli-Beytin (ə) kəriməsi” ləqəbi ilə məşhur olan İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) Qum şəhərində yerləşən müqəddəs ziyarətgahında müxtəlif matəm proqramları ilə anılır.
Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadəti münasibətilə müqəddəs ziyarətgahın səhnləri, həyətləri və ətrafı qara rəngə bürünüb və bu münasibətlə müqəddəs ziyarətgahda Qum İslami Elm hövzəsinin alimləri və məddahlarının iştirakı ilə media proqramları aparılır.
Zəvvarlar gigiyenik təlimatlara uyğun olaraq müqəddəs ziyarətgahı ziyarət edir və matəm və başsağlığı verirlər, lakin xeyli insanlar evdə media şəbəkələrindən istifadə edərək müqəddəs ziyarətgahın proqramlarını izləyirlər.