Musəvi: "Qarabağın bərpası Tehran-Bakı iqtisadi münasibətlərin inkişafı üçün bir fürsətdir"
https://azeri.sahartv.ir/news/İran-i371460-musəvi_qarabağın_bərpası_tehran_bakı_iqtisadi_münasibətlərin_inkişafı_üçün_bir_fürsətdir
İranın Azərbaycan Respublikasındakı səfiri, iki tərəf arasındakı mövcud siyasi münasibətlərə uyğun olaraq, Tehran-Bakı iqtisadi əlaqələrinin səviyyəsini yüksəltməyə çağırıb və deyib: "Qarabağın bərpası ikitərəfli iqtisadi münasibətləri inkişaf etdirmək üçün dəyərli bir fürsətdir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 31, 2020 19:43 Asia/Baku
  • Musəvi:

İranın Azərbaycan Respublikasındakı səfiri, iki tərəf arasındakı mövcud siyasi münasibətlərə uyğun olaraq, Tehran-Bakı iqtisadi əlaqələrinin səviyyəsini yüksəltməyə çağırıb və deyib: "Qarabağın bərpası ikitərəfli iqtisadi münasibətləri inkişaf etdirmək üçün dəyərli bir fürsətdir".

SəhərAzəri İRNA-ya istinadən xəbər verir ki, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi deyib: "Son Qarabağ müharibəsində İranın mövqeyindən sonra, iki ölkə arasındakı münasibətlər isti və səmimi bir yeni dövrə qədəm qoyub və bu səviyyədə münasibətlər İranın Qarabağın yenidən qurulmasında iştirakına böyük töhfə verə bilər".

Musəvi Azərbaycan Respublikası hökumətinin yaxın beş ildə Qarabağın bərpası üçün 10 milyard dollar vəsait ayıracağına toxunaraq, deyib: "Bakı hökuməti 2021-ci il üçün Qarabağın yenidən qurulmasına təxminən 2 milyard dollar vəsait ayırıb".