Xətibzadə: "ABŞ-ın bütün şər hərəkətlərini izləyirik"
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ-ın regiondakı hərəkətlərinə toxunaraq, deyib: "Vaşinqtonun şər hərəkətləri diqqətimizdən kənarda deyil və onların region və İraqdakı gizli hərəkətlərini izləyirik"
SəhərAzəri xəbər verir, Səid Xətibzadə bəzi gərginliklərdə Sionist rejimin müttəfiqlərinin roluna toxunaraq, vurğulayıb: "İran regionda gərginlik ardınca deyil, Lakin sərhədlərini və torpaqlarını qorumaqda tərəddüd etmir və istənilən təcavüzə birbaşa və açıq şəkildə cavab verəcəkdir".
İran Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin BMT-nin iclasına toxunaraq, deyib: "ABŞ BMT-də İrana qarşı hərəkətlərində üçüncü dəfə məğlub oldu. Bu məsələ Ağ Ev rəsmilərinin daha da təcrid olduğunu göstərir və bu digər bir fiaskodur".
Xətibzadə general Süleymaninin İraqda terror edilməsi işinin birgə təqibi ilə bağlı deyib: "Bağdad bu işi təqib etməlidir və bir sıra tədbirlər də görüləcək".
O, ABŞ-ın yeni seçilmiş prezidentinin milli təhlükəsizlik müşaviri Cək Sulivanın nüvə anlaşmasına qayıtdıqdan sonra İranla raket məsələsini müzakirə edəcəklərinə dair bu yaxındakı açılaması haqda deyib: "İranın müdafiə qabiliyyəti heç vaxt müzakirə edilməyib, müzakirə edilmir və müzakirə edilməyəcək də. İranın müdafiə qabiliyyəti İranın ehtiyaclarına uyğun olaraq, müstəqil şəkildə izlənilir. Bir dəfə Əhatəli Müştərək Təşəbbüs Proqramında və 2231 saylı qətnamədə bu məsələ qeyd olunub və həmişəlik həll olunubdur".