Salehi: 20 faizlik zənginləşdirilmiş uran istehsalı; hər ay 8-9 kiloqram
İranın Atom Enerjisi Təşkilatının sədri bildirib ki, 24 saat ərzində 20 faizlik uran zənginləşdirilməsi üzrə istehsal prosesi başlayıb və hər saatda 17-20 qram uran istehsal ediləcək.
SəhərAzəri xəbər verir, Əli Əkbər Salehi bu gün İranın böyük nüvə və müdafiə alimi Mohsen Fəxrizadənin şəhadətinin 40-cı günü münasibətilə keçirilən anım mərasiminin kənarında sonra bildirib ki, İslam Şurası Məclisində qanunun qəbul edilməsilə 20 faizlik uran zənginləşdirilməsi prosesi həyata keçirildi.
İranın Atom Enerjisi Təşkilatının sədri söyləyib: Ölkə prezidentinin göstərişi ilə maliyyə ehtiyaclarının bir hissəsinin təmin edilməsindən və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin mərasim qaydalarının icra olunmasından sonra 20 faizlik zənginləşdirmə prosesi reallaşdırıldı və hazırda istehsal sabit vəziyyətdədir.
Salehi deyib ki, növbəti 5 il üçün Tehran tədqiqat reaktorunun yanacağı təmin edilib, 20 faizlik zənginləşdirmə də ehtiyat edilərək, toplanacaqdır.
İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: IR2m tipli min ədəd sentrifuqanın quraşdırılması yekun mərhələlərdədir. Quraşdırılmış iki şəlalə işləməkdədir. Yəni 320 ədəddən çox IR2m tipli sentrifuqa quraşdırılıb və ya quraşdırılmaqdadır. Qanuna əsasən min ədəd cihazın quraşdırılacağı zamanadək bu məsələ qarşıdakı iki-üç ayadək həyata keçiriləcəkdir.
İranın Atom Enerjisi Təşkilatı sədrinin sözlərinə görə, min ədəd IR6 tipli sentrifuqa da bir ilədək hazır olacaq və ölkə prezidenti bu layihənin maliyyə təmini barədə göstəriş veribdir.