Yan 06, 2021 21:13 Asia/Baku
  • İran mis ehtiyatları baxımından dünyada 7-ci pillədədir

İranın Milli Mis Şirkətinin icraçı direktoru İranın 36,5 milyon ton mis ehtiyatı ilə dünyada yeddinci pillədə qərarlaşdığını bəyan edərək, yaxın 5 ildə mis istehsalını 600 min ton artırmaq niyyətində olduqlarını bildirib.

SəhərAzəri xəbər verir, Ərdəşir Səd Məhəmmədi əlavə edib: “Dəyişiklik və inkişaf üçün yeni təchizatlar və çox sistemli qazma donanmasına ehtiyaclıyıq və hazırda 15 ədəd yeni qazma qurğusu almışıq.

O, qeyd edib ki, İran hazırda dünya ehtiyatlarının 42,2 faizinə bərabər olan 36,5 milyon ton mis ehtiyatı ilə dünyada yeddinci yerdə qərarlaşıb.

Ərdəşir Səd Məhəmmədi İranın Milli Mis Şirkətinin mis istehsalı baxımından dünyanın ilk onluğunda yerləşə biləcəyini bəyan edərək, deyib: “Dünya şirkətləri tələb və təklifi qorumaq üçün əyarı azaldırlar və İran da bu tendensiyadan müstəsna deyil.

Qeyd edək ki, dünyada iki mis kəməri mövcuddur, birincisi Latın Amerikasında yerləşən And dağlarında, digəri isə Asiyadakı Himalay dağlarında və İran bu kəmərin yolu üzərində yerləşir.

 

Teqlər