Rusiya: “İranın uranı 20% zənginləşdirməsi NPT pozuntusu deyil”
https://azeri.sahartv.ir/news/İran-i371712-rusiya_İranın_uranı_20_zənginləşdirməsi_npt_pozuntusu_deyil
Rusiyanın Xarici İşlər Nazirliyi İranın uranı 20 faiz zənginləşdirməsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) pozmadığını bildirib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 06, 2021 19:52 Asia/Baku
  • Rusiya: “İranın uranı 20% zənginləşdirməsi NPT pozuntusu deyil”

Rusiyanın Xarici İşlər Nazirliyi İranın uranı 20 faiz zənginləşdirməsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) pozmadığını bildirib.

SəhərAzəri Sputnik-ə istinadən xəbər verir ki,  Rusiya Xarici İşlər Nazirliyi İranın uranı zənginləşdirmə səviyyəsini 20 faizə qaldırmaq qərarını Əhatəli Müştərək Təşəbbüs Proqramındakı öhdəliklərindən yayınma adlandırıb.

Rusiya XİN-i bəyanatında qeyd edib ki, İran nüvə proqramı ilə əlaqəli bütün hərəkətlərdə şəffaf olub və MAQATE müfəttişlərinin 20% uranının dinc istifadəsini izləməsinə icazə verdiyi üçün İranın hərəkəti Nüvə Yayılmaması Müqaviləsinin (NPT) pozulması sayıla bilməz.

 “20%-ə qədər zənginləşdirilmiş uranın hamısına Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən nəzarət olunur. Agentlik elan edilməmiş fəaliyyətlər siyahısında istifadəsini göstərməsəydi, bu halda bu NPT-nin pozulması olacaqdı”.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın nüvə ənlaşmasından çıxmaq addımının İranı nüvə müqaviləsi çərçivəsindəki  öhdəliklərindən yayındırdığını qeyd edib.