Dağlıq Qarabağın yenidən qurulmasında İranın iştirakı araşdırıldı
https://azeri.sahartv.ir/news/İran-i371836-dağlıq_qarabağın_yenidən_qurulmasında_İranın_iştirakı_araşdırıldı
İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvinin Azərbaycan Respublikasının iqtisadi rəsmiləri ilə cümə günü keçirdiyi görüşdə İran şirkətlərinin Dağlıq Qarabağın yenidən qurulması və mülki işlərində iştirakı barədə gikir mübadiləsi apaırılıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 09, 2021 17:13 Asia/Baku
  • Dağlıq Qarabağın yenidən qurulmasında İranın iştirakı araşdırıldı

İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvinin Azərbaycan Respublikasının iqtisadi rəsmiləri ilə cümə günü keçirdiyi görüşdə İran şirkətlərinin Dağlıq Qarabağın yenidən qurulması və mülki işlərində iştirakı barədə gikir mübadiləsi apaırılıb.

SəhərAzəri - İRNA-nın İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi, Azərbaycan Respublikası Podratçılat Kofederasiyasının sədri Məhəmməd Musayev və Azərbaycan Respublikası Dövlət Yol İnşaat İnstitutunun sədri Saleh Məmmədovla görüşərək, İran İslam Respublikasındakı xidmət və mühəndis şirkətlərinin imkanları və təcrübələri haqqında bir hesabat təqdim edib.
Bu iclasda, həm də İran ilə Azərbaycan Respublikası arasında iqtisadi və ticarət əlaqələrindəki son inkişaflar, iki ölkə arasında özəl sektor əlaqələrinin gücləndirilməsi, qarşıda duran maneələr və əməliyyat strategiyaları müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son açıqlamalarında dost ölkələrin şirkətlərini Dağlıq Qarabağın işğalından azad olunmuş torpaqlarinda inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsi üçün fəal iştirak etməyə çaqırıb.
Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması prosesində İran şirkətlərinin iştirakı, Azərbaycan Respublikası Baş nazirinnin müavini Şahin Mostafayevin rəhbərlik etdiyi İqtisadi Şuranın Tehrana son səfəri zamanı müzakirə olunan əsas məsələlərdən biri olmuşdur.