Yan 14, 2021 14:54 Asia/Baku
  • İranın 6 vilayətində azad ticarət-sənaye zonası üzrə 61 layihənin açılışı olub

İranın Hormozqan, Gilan, Buşehr, Qom, Şərqi Azərbaycan və Mərkəzi vilayətlərində xüsusi iqtisadi və azad ticarət-sənaye zonası üzrə 61 layihə istifadəyə verilib.

SəhərAzəri xəbər verir, bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin göstərişi ilə video-konfrans formatında azad Qeşm zonasında 61 layihə, o sıradan "Superağır neft emalı zavodu" və 28 iqtisadi və infrastruktur layihəsi, həmçinin Kişin “Petro Devar” bölgəsi və azad Ənzəli zonasında on beş sənaye və infrastruktur layihəsi, dörd liman kompleksi platformasının inşası layihəsi və post-infrastruktur, eləcə də Cənubi Pars xüsusi iqtisadi zonasında iki sənaye və iaşə layihəsi istifadəyə verilib.

Bu layihələr üç min 223 nəfər üçün iş yeri yaradıbdr.

Teqlər