Yan 17, 2021 19:58 Asia/Baku
  • General Cəlali İranın raket və PUA elektron gücünü vurğulayıb

İranın passiv müdafiə təşkilatının sədri deyib ki, İranın raket və PUA elektron gücü Amerikanın ağır sanksiyalarının nəticəsidir.

SəhərAzəri xəbər verir, İranın passiv müdafiə təşkilatının sədri briqada generalı pasdar Qolamreza Cəlali bildirib ki, müdafiə bacarığına söykənmədən ədalətli dialoq üçün bir atmosfer mövcud olmaz.

O, sonra deyib: Trampın Amerika prezident kürsüsündə olması təcrübəsi sübut etdi ki, bugünkü və sabahkı dünya diskurslar dünyası deyildir və ümumiyyətlə müdafiə bacarığına söykənmədən ədalətli dialoq üçün bir atmosfer mövcud olmayacaq.

General Cəlali söyləyib: Silah və hərbi avadanlıqların satın alınması məsələsi ötən qırx il ərzində onunla bağlı ən çox sanksiya və sərt rəftarların edildiyi sahələrdəndir.

İranın passiv müdafiə təşkilatının sədri Sepah-ın «Böyük Peyğəmbər-15» hərbi təlimlərinin keçirilməsinə toxunaraq, söyləyib: Sanksiya alovunun mərkəzində daxilə söykənmə,/ qüdrət ağacından bir bağı səmərəyə çatdırıbdır.

Sepah-ın «Böyük Peyğəmbər-15» hərbi təlimlərinin yekun etapı 1800 kilometrlik məsafədən hədəflərin məhv edilməsi və düşmənin gəmilərə qarşı uzaqmənzilli ballistik raketlərinin strateji əməliyyatının uğurlu icrası ilə şənbə günü keçirilibdir.

Teqlər