Yan 19, 2021 18:55 Asia/Baku
  • Qarşıdakı üç ayadək İran vaksini iri həcmdə istehsal olunacaq

Həzrət İmam Xomeyni(r.ə)-ın fərmanının icra komitəsinin sədri qarşıdakı üç ayadək İran vaksininin iri həcmdə istehsal olunacağını bildirib.

SəhərAzəri xəbər verir, Həzrət İmam Xomeyni(r.ə)-ın fərmanının icra komitəsinin sədri Mohəmməd Moxber vurğulayıb ki, «Kovo İran Bərəkət» vaksini vurulmuş on dörd nəfərin vəziyyəti yaxşıdır və peyvəndin heç bir yan təsiri olmayıbdır.

O, deyib: Qarşıdakı üç ayadək İranın koronavirus vaksini 12-14 milyon dozada istehsal olunacaq.

Moxber bildirib ki, bu gün İranın koronavirus vaksininin üçüncü etapı icra olunur. O, deyib ki, daha 56 nəfər İran vaksini vurduracaq.

Həzrət İmam Xomeyni(r.ə)-ın fərmanının icra komitəsinin sədri söyləyib: Qarşıdakı bir ayadək İran peyvəndinin istehsalını ayda üç milyon dozaya çatdırmağa çalışırıq. Bu prosesin davam etməsilə növbəti dörd ay ərzində bir ayda on dörd milyon doza vaksin istehsalına çatacağıq.

İranlı tədqiqatçıların düzəltdikləri «Kovo İran Bərəkət» adlı ilk koronavirus vaksininin ilkin klinik araşdırmalarının insan üzərindəki inyeksiyasının birinci etapı 2020-ci il dekabrın 29-da könüllülər üzərində başlanıb.

Teqlər