Zəngənə: "Bid Bolənd" qaz emalı zavodu ABŞ sanksiyalarının məğlubiyyətinin simvoludur"
İranın neft naziri Fars Körfəzinin "Bid Bolənd" qaz emalı zavodunun istifadəyə verilməsini ABŞ-ın İrana qarşı sanksiyaları və maksimum təzyiq siyasətlərinin fiaskoya uğramasının simvolu kimi dəyərləndirib.
SəhərAzəri xəbər verir, İran İslam Respublikasının neft naziri Bijən Zəngənə bu günkü açılış mərasimində deyib: "Trampın kollektivi sanksiyalarla İranın neft sənayesini məhv edəcəyini düşünürdü; Lakin İran İslam Respublikası keçmişdəkindən daha güclüdür və Tramp kollektivi tarixin zibil qutusuna atıldı".
Zəngənə "Bid Bolənd" qaz emalı meqa layihəsini milli müqavimət və bacarığın göstəricisi adlandırıb və əlavə edib: "Bu Layihənin illik dəyəri və gəliri 1,5 milyard dollardan çox olacaq".
İranın neft nazirinin sözlərinə görə, Xuzistanın istismar olunan yataqlarının saxlanılması və işlənməsi üçün 2,2 milyard dollarlıq investisiya ilə16 müqavilə həyata keçirilir ki, bu da yerli podratçılar zəncirinin işə alınmasına və məşğulluğun yaradılmasına zəmin yaradır.