Yan 25, 2021 18:32 Asia/Baku
  • İran Azərbaycan Respublikasının azad edilmiş ərazilərini bərpa etməyə hazırdı

İran Xarici İşlər Naziri Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə görüşündə İran İslam Respublikasının iki ölkənin ortaq sərhədlərində yerləşən azad edilmiş ərazilərin yenidən bərpa edilməsində fəal və geniş iştirak etməyə hazır olduğunu elan etdi.

 SəhərAzəri xəbər verir ki Məhəmməd Cavad Zərif Azərbaycanın xarici işlər naziri Cihun Bayramovla görüşərək Tehran və Bakını müxtəlif ikitərəfli və regional məsələləri müzakirə etdi.

Xarici işlər naziri, işğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan Respublikasında olmasından məmnunluq ifadə edərək, müharibə qurbanları, xüsusilə mülki şəxslər və ailələrinin qəminə şərik çıxıb, yeni mərhələləri bölgədə sülh və sabitliyin bərqərar olmasında müsbət qiymətləndirib.

Bölgəyə səfərinin Bakıdan başlamasının məqsədini sülh və əmin-amanlığın bərqərar olmasına zəmin yaradılması kimi söyləyən Zərif, son aylar Azərbaycan Respublikası və ölkəmizin rəsmi şəxsləri arasındakı sıx görüşlərin genişlənməsindən məmnun olduğunu bildirdi.

İran İslam Respublikasının, iki ölkənin ortaq sərhədlərində yerləşən azad edilmiş bölgələrin yenidən qurulmasında fəal və geniş iştiraka hazır olduğunu açıqlayaraq, İqtisadi Əməkdaşlıq Komissiyasının son iclasında iki ölkə arasındakı səmərəli danışıqları və keçirilən bu görüşləri əməkdaşlıqlarının genişləndirilməsində iki dost və qardaş ölkənin ciddi əzmkarlığı olduğunu dedi.

 

 

Teqlər