Əbdi 2020-ci il Asiya Çempionlar Liqasının ən yaxşı hücumçusu olub
https://azeri.sahartv.ir/news/İran-i372497-Əbdi_2020_ci_il_asiya_Çempionlar_liqasının_ən_yaxşı_hücumçusu_olub
İranın "Perspolis" futbol komandasının oyunçusu 2020-ci il Asiya Çempionlar Liqasının ən yaxşı hücumçusu seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2021 09:45 Asia/Baku
  • Əbdi 2020-ci il Asiya Çempionlar Liqasının ən yaxşı hücumçusu olub

İranın "Perspolis" futbol komandasının oyunçusu 2020-ci il Asiya Çempionlar Liqasının ən yaxşı hücumçusu seçilib.

SəhərAzəri Asiya Futbol Konfederasiyası saytının 2020-ci il Asiya Çempionlar Liqasının ən yaxşı hücumçusunun seçilməsi üzrə rəy sorğusunda "Perspolis"in gənc oyunçusu- Məhdi Əbdi səslərin doxsan bir faizini qazanaraq, qeyd olunan saytın istifadəçiləri tərəfindən bu yarışların ən yaxşı hücumçusu seçilib.

2020-ci il Asiya Çempionlar Liqası yarışlarının finalında İranın "Perspolis" və Cənubi Koreyanın «Ulsan Hyunda» komandaları Qətərin Doha şəhərinin Əlcənub stadionunda görüşüblər. Koreya komandası görüşü iki-bir hesabı ilə başa vuraraq, yarışların çempionu olubdur.