Müqtədai: Fransa MTP-nın gələcəyi ilə bağlı mövqe bildirmək iqtidarında deyil
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Fransa prezidentinin İranın xarici siyasətinə müdaxilə etmək yerinə Nüvə razılaşmasındakı öhdəliklərinə əməl etməsini vurğulayıb.
SəhərAzəri xəbər verir ki, Abbas Moqtadai, Fransa Prezidentinin Səudiyyə Ərəbistanının nüvə danışıqlarına daxil olması haqdakı istəyi ilə bağlı əlavə edib: Fransalılar Müştərək Təşəbbüs Proqramı (MTP) dövründə pis bir polis rolunu ifa etdilər və İran xalqının maraqları onlar üçün heç bir əhəmiyyət daşımırdı ,indi isə onlar razılaşmanı pozan üç ölkədən biridirlər.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Fransa prezidentinin İranın xarici siyasətinə münasibət bildirmək iqtidarında olmadığını söyləyərək əlavə edib: Nüvə razılaşması mövzusu tamamilə bitmiş bir mövzudur və Fransa hökuməti də bu haqda öhdəliklərini yerinə yetirməyib.
Müqtədai Fransa Prezidentinə xitabən söyləyib: İran İslam Respublikasının müstəqil bir dövlət olaraq nə edəcəyinə haqda özü qərar çıxarır.
O həmçinin Səudiyyə başçılarına xitabən tövsiyə edib ki, öz tarixi rollarını yerinə yetirərək Yəməndəki müharibəni və qan tökmələri dayandırmaqla İslam dünyasının yekdilliuçatmasına yardımçı olsunlar.