Yan 31, 2021 19:15 Asia/Baku
  • İran sanksiyaların ləğvi  ilə əlaqədar MAQATE-yə məktub ünvnalayıb

İranın Vyanada Beynəlxalq Təşkilatlardakı Səfiri və Daimi Nümayəndəsi elan edib: Beynəlxalq Atom Enerjisi üzrə Agentliyə verdiyi brifinq hesabatında "İran Millətinin Sanksiyaların qaldırılması və mənafelərinin qorunması üçün Strateji Fəaliyyət Qanunu" nun qəbul edilməsinin əsasları və səbəbləri MAQATE- yə və ona üzv dövlətlərə çatdırılaraq Agentlik sənədi kimi də qeydiyyata alındı.

SəhərAzəri xəbər verir ki, "Kazem Qəribabadi" Bazar günü jurnalistlərə verdiyi müsahibədə, ABŞ-ın 8 May 2018-ci il tarixində Əhatəli Müştərək Təşəbbüs Proqramından birtərəfli və qanunsuz şəkildə çıxması,  Nüvə razılaşması  əsasında qaldırılan sanksiyaların yenidən tətbiqi həmçini müxtəlif bəhanələrlə yeni sanksiyaların əlavə olunması və bu sanksiyaların ünvanlarının dəyişməsi, digər ölkələ və xüsusi şirkətlərin ABŞ-ın təzyiqi altında bu uğursuz palanları himayə etmələri hesabatın əsasını təşkil edir.

O, İran tərəfindən alınan bütün kompensasiya tədbirlərinin Agentliyin nəzarəti altında həyata keçirildiyini və digər tərəflərin öhdəliklərinin yerinə yetirildiyi və İran əleyhinə sanksiyaların tamamilə qaldırıldığı təqdirdə geri qaytarılacağını da açıqladı

 

Teqlər