Fev 02, 2021 11:51 Asia/Baku
  • Borrel Avropanın nüvə anlaşmasına öhdəliyinin uğursuz qaldığını etiraf edib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi etiraf edib ki, bu birlik son illər İran ilə avropalı şirkətlər arasındakı qanuni ticarət əlaqələrinə dəstək verməyi bacarmayıb.

SəhərAzəri xəbər verir, Cozep Borrell deyib: Ötən il biz İranla ticarət mübadiləsinə dəstək mexanizminin inkişaf etdirilməsinə çox vaxt sərf etdik, lakin bu mexanizmin səmərəliliyi indiyədək məhdud olubdur.

O, sonra deyib: Avropa Birliyi qanuni ticarət tərəfdaşları ilə maliyyə xidmətlərinin cərəyan etməsi məqsədilə yeni həll yolları tapmaq üçün səy göstərəcək.

Borrel həmçinin vurğulayıb: İranla nüvə anlaşması Avropa diplomatiyasının əsas nailiyyətlərindən biri idi, lakin bu anlaşmanın icrası Amerikanın ondan çıxması və Tramp hökumətinin İrana qarşı sanksiyalar tətbiq etməsi səbəbindən bir suala çevrilib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə anlaşmasındakı bütün öhdəliklərinə əməl etdiyini etiraf etməsinə baxmayaraq, ABŞ hökuməti 2018-ci ildə birtərəfli qaydada bu anlaşmadan çıxdı.

Nüvə anlaşmasında qalmış avropalı üzvlər, yəni İngiltərə, Almaniya və Fransa 2018-ci ilin may ayında, Amerikanın bu anlaşmadan çıxması ilə bir zamanda, kiçik və orta avropalı şirkətlərin İranla ticarətini asanlaşdırmaq üçün xüsusi maliyyə kanalının işə salınması ideyasını irəli sürdülər. Nəhayət aylarla təxirdən sonra 2019-cu ilin yanvarında rəsmən «İNSTEKS» adlı bu kanalın işə salındığı elan edildi, lakin indiyədək bu maliyyə kanalı tam şəkildə icra olunmayıbdır.

Teqlər