Fev 03, 2021 19:28 Asia/Baku
  • Ali Məqamlı Rəhbər:

İslam İnqilabının Büyük Rəhbəri Qərb ilə İslamın qadınlara olan baxışları arasındakı əsaslı fərqə toxunaraq, deyib: "İslamın və İslam Respublikasının qadınlara baxışı onu əziz tutmağa və hörmətə əsaslanır, Qərbin ümumi baxışı isə qadınları bir mal və ya bir vasitə kimi görməkdir".

SəhərAzəri xəbər verir ki, İslam İnqilabının Büyük Rəhbəri Həzrət Ayətullahul-üzma Xamenei bu gün Əhli-Beyt (ə) mədhiyyəçilərinin bir qrupu ilə videokonfrans formatında keçirilən görüşü zamanı Həzrət Zəhranın (s.ə) səadətli viladətinin ildönümünü təbrik edərək, qadın və anaların məqamını, həmçinin İmam Xomeyninin (r.ə) təvəllüdünün ildönümünü və mübarək Fəcr Ongünlüyünü əziz tutaraq, əlavə ediblər: "İslamda kişi və qadınlar ilahi və bəşəri dəyərlər baxımından bir-birlərindən fərqlənmirlər. Təbii ki, ümumi vəzifələrin yanında hər bir kişi və qadının xüsusi vəzifələri də vardır və bu səbəbdən də Uca Allah onların fiziki quruluşlarını bu vəzifələrə uyğun yaradıb".

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: "Biz İslamın baxışı ilə fəxr edirik və Qərbin qadına və həyat tərzinə baxışını tamamilə rədd edirik".

Həzrət Ayətullaul-üzma Xamenei İslamın və hicabın qadınların inkişafına mane olduğu barədə Qərbin təbliğatlarına toxunaraq, deyib: "Bu açıq bir yalandır və əsassız olmasının bariz sübutu da İslam Respublikasında qadınların vəziyyətidir".

O, həzrət əlavə ediblər: "İranda heç bir tarixi dönəmdə bu qədər savadlı və müxtəlif sosial, mədəni, bədii, elmi, siyasi və iqtisadi sahələrdə aktiv qadın olmayıb və bunların hamısı İslam Respublikasının bərəkəti sayəsində mümkün olub".

İslam İnqilabının Böyük Rəhbəri İslamın qadınlara baxışının ailə və ananın mehvər rolunun daha da qabardılmasına zəmin yaratdığını bəyan edib və həqiqi səmimiyyət atmosferinin və mənəvi və intelektual tərbiyənin ən güclü təməllərinin ailədə formalaşdığını vurğulayaraq, xatırladıblar" Qərbin təbliğat maşınları və təəssüflə bəzi daxili qərb yönümlülər ananın ailədəki əsas rolunu azaltmağa və ya aradan qaldırmağa çalışırlar.

Həzrət Ayətullah Xamenei, Həzrət Zəhra (s.ə), Həzrət Əli (ə) və onların əziz övladlarının İslami bir ailə üçün mükəmməl bir nümunə kimi dəyərləndirib ki, o, böyük insanların ixlası, səmimiyyəti, həmrəyliyi və mücahidətlərindən örnək götürmək  İslam cəmiyyətini yüksəldə bilər. 

Teqlər