ABŞ MTŞ İranın nüvə proqramı üzrə iclas keçirəcək
ABŞ Milli Təhlükəsizlik Şurasının İcraiyyə Komitəsi İranın nüvə proqramı və Vaşinqtonun nüvə anlaşmasına qayıtmasına dair iclas keçirəcək.
SəhərAzəri xəbər verir, «Aksios» amerikan informasiya saytı məlumatlı mənbələrə istinadla xəbər verib ki, bu gün Ağ Evdə Amerika Milli Təhlükəsizlik Şurasının İcraiyyə Komitəsinin İranın nüvə proqramı və Vaşinqtonun nüvə anlaşmasına qayıtmasına həsr olunmuş iclası keçiriləcək.
Məlumatlı bir mənbənin bildirdiyinə görə, bugünkü iclasın əsas mövzularından biri, ABŞ-ın iyunda İranda keçiriləcək prezident seçkisindən əvvəl nüvə anlaşmasına qayıdışa tərəf getməli və ya ondan sonrayadək dözməli olması məsələsidir.
«Aksios»un bildirdiyinə görə, ABŞ-ın müdafiə nazirliyi və dövlət departamenti bu xəbər barədə fikir bildirməkdən imtina ediblər. Amerika Milli Təhlükəsizlik Şurasının bir sözçüsü də bu xəbər barədə fikir bildirməkdən çəkinibdir.
Bundan öncə Röyters informasiya agentliyi dörd məlumatlı qaynağa istinadla yazmışdı ki, ABŞ-ın dövlət katibi, habelə İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri nüvə anlaşmasının bərpa edilməsi tərzi barədə danışacaqlar.
Bu məlumata əsasən, mahiyyətlərinin gizli qalmasını istəyən bu mənbələr həmin görüşün dəqiq vaxtını elan etməyiblər, amma onlardan ikisi deyibdir ki, qeyd olunan iclas elə bu cümə keçirilə bilər. Digər iki nəfər isə onun zamanını gələn həftə elan edibdir.
Nüvə anlaşmasına qayıdış ABŞ prezidenti Co Baydenin seçkiqabağı vədlərindən biri olubdur.
İran daima vurğulayıbdır ki. Əgər Amerika hökuməti İran xalqına qarşı bütün qəddarcasına sanksiyaları götürər və qeyd-şərtsiz olaraq, nüvə anlaşmasına geri dönərsə, onda İran da öz nüvə anlaşması öhdəliklərinə əməl edəcəkdir.
İran İslam Respublikası Amerikanın nüvə anlaşmasından çıxmasından sonra və bu anlaşmanın müddəalarına əsasən, uranın iyirmi faizlik zənginləşdirilməsi də daxil olmaqla özünün bəzi fəaliyyətlərini bərpa etdi.