Fev 06, 2021 13:23 Asia/Baku
  • İran Liviya Müvəqqəti İcra Şurasının yaranmasını alqışlayır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Liviya Müvəqqəti İcra Şurasının yaranmasını alqışladı.

SəhərAzəri xəbər verir ki, Cenevrədəki Liviya siyasi dialoq toplantısının nəticələrini və Liviya Müvəqqəti İcra Şurasının qurulmasını alqışlayan Səid Xətibzadə yeni müvəqqəti hökumətin vəzifəyə gələrək lazimi şəraiti seçkilərin keçirilməsinə hazırlayacağına ümid etdiyini bildirdi.

Diplomsaiya idarəsini sözçüsü sözlərinin davamında deyib: "Ümid edirik ki, xarici müdaxilələr olmadan Liviya keçid hökuməti bu ölkədə suverenlik, müstəqillik, ərazi bütövlüyü , sülh və inkişaf üçün zəmin yaradacaqdır."

Cümə günü Liviya Siyasi Dialoq Konfransı, ikinci turu səsvermədə yeni bir müvəqqəti hökuməti təşkil edərək, Məhəmməd əl-Mənəfini prezidentin sədri, Əbdül Həmid Dəbibəni müvəqqəti baş nazir olaraq təyin etdi.

 

Teqlər