Fev 06, 2021 13:47 Asia/Baku
  • Yaxın gələcəkdə

İran Ordusunun Hava Qüvvələrinin komandiri cari ayın ortalarınadək, 300 kiloqram hərbi təchizatı daşıma gücünə malik olan "Kaman 22" adlı nəhəng pilotsuzun təqdim olunacağını bildirib.

SəhərAzəri xəbər verir ki,  general-mayor Əmir Əziz Nəsirzadə İran Ordusunun Hava Qüvvələrinin son nailiyyətlərinə toxunaraq, Ordunun Fars Körfəzindəki PUA-larının 500 funtluq bombalarla təchiz olunduğunu bəyan edib və vurğulayıb: "İnqilabdan əvvəl, təchizatımızı Qərbdən tədarük edirdik və bütün təlimlərimiz Qərbdən asılı idi, və bütün ehtiyat hissələrimiz xaricdən təmin olunurdu.

O, qeyd edib ki, İnqilabdan sonra istər pilot, istərsə də texniki və digər kateqoriyalar üzrə kadrlarımıza özümüz təlim keçirik; Maddi-texniki təminatımız daxildən həyata keçirilir, və bütün bunları cəmləşdirsək, hava qüvvələrimiz hazırda inqilabdan əvvəlkindən daha yaxşı təchiz edilib, daha güclü, daha motivasiyalı və daha hazırdır".

Teqlər