Fev 07, 2021 09:40 Asia/Baku
  • General-leytenant Baqirinin iştirakı ilə çiyin-atəşli raketlərin kütləvi istehsal xətti istifadəyə verilib

İranda çiyin-atəşli raketlərin kütləvi istehsal xətti istifadəyə verilib

SəhərAzəri xəbər verir ki, Fəcr Ongünlüyü ilə eyni zamanda və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin iştirakı ilə Hava Hücumundan Müdafiə Qüvvələrinin müasir çiyin-atəşli raketlərinin kütləvi istehsal xətti istifadəyə verilib, həmçinin quru döyüş sahəsi raketlərinin yanacağını təmin etmək məqsədilə kompozit bərk yanacaq zavodu fəaliyyətə başlayıb.

General-leytenant Baqiri bu mərasimdə Fəcr Ongünlüyünü təbrik edib və İmam Xomeyni (r.ə) və İslam İnqilabı şəhidləri, xüsusilə də müdafiə sənayesi şəhidlərinin xatirəsini əziz tutaraq, deyib: "İslami quruluşun 40 illik mübarək həyatının təcrübəsi bizə öyrətdi ki, ölkənin inkişafına və İslam İnqilabının uca amallarına nail olmağın yeganə yolu güclü olmaqdır və bu gün müdafiə sənayesinin güc yaratmaqda, önləyicilikdə və müdafiə qüdrətindəki rolu həlledicidir".

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qeyd edib ki, bu gün İslami İranın böyük xalqının qarşısında milli gücün bütün spektrlərində güclü olmaqdan başqa bir yol yoxdur və silahlı qüvvələr möhkəm bir sədd kimi İslami İranın təhlükəsizliyinin təmin edilməsi və qorunması üçün rol oynayır və mübarizə aparır.

Teqlər