Qalibaf Rusiyaya səfərə çıxdı
Fev 07, 2021 17:52 Asia/Baku
Məhəmməd Baqir Qalibaf İİŞM-nin sədri Rusiya DD-nın rəisi Vyaçeslav Volodinin dəvəti əsasında bu gün bazar (7 fevral) Moskovaya səfər etdi.
SəhərAzəri xəbər verir ki, bu üç günlük rəsmi səfərdə İran İslam Şurası Məclisinin sədri, İslam İnqilabının Böyük Rəhbərinin məktubunu Rusiya hökumətinə çatdırmaqla yanaşı, Duma və Senatdakı həmkarları ,həmçnin iqtisadi, ticarət, siyasi və təhlükəsizlik rəsmiləri ilə də görüşəcək.
İqtisadi məsələlər və ticarət əlaqələri sahəsində müxtəlif görüşlər İran Parlamenti sədrinin Rusiyaya səfərinin vacib hissəsidir.
Qalibafın Moskvadakı digər proqramlarına, xarici siyasət və beynəlxalq əlaqələr sahəsindəki düşüncə mərkəzlərindən olan mütəfəkkirlərin hüzurunda çıxış daxildir.