Qalibaf Ali Məqamli Rəhbərin məktubunu Rusiya Dumasının sədri Vyaçeslav Volodinə təqdim edib
İran İslam Şurası Məclisinin sədri bu gün İslam İnqilabının Böyük Rəhbərinin məktubunu Rusiya prezidenti Vladimir Putinə təqdim edilməsi üçün rus həmkarı Vyaçeslav Volodinə təhvil verib.
SəhərAzəri xəbər verir ki, Məhəmməd Baqir Qalibaf bu görüşdə deyib: "İslam İnqilabının Böyük Rəhbərinin Rusiya hökumətinə məktubu iki ölkənin strateji əlaqələri çərçivəsindədir".
Qalibaf İslam İnqilabının Böyük Rəhbərinin İran-Rusiya münasibətlərinin dərinləşdirilməsi və inkişafına, habelə ikitərəfli əməkdaşlıq quruluşunun genişləndirilməsinə təkid etdiyinə toxunaraq, Rusiyaya səfərinin ən əhəmiyyətli hədəflərindən birinin, Tehran-Moskva münasibətlərində qlobal inkişafların təsiri nəticəsində dəyişikliyin baş verməyəcəyinə təkid etmək olduğunu bəyan edib.
Məhəmməd Baqir Qlibaf İran İslam Şurası Məclisinin sədri olaraq, ilk xarici səfərində, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəsmi dəvəti ilə bazar günü axşam Moskvaya daxil olub.
Rusiya Dumasının sədri də bu görüşdə, İslam İnqilabının Böyük Rəhbərinin, ikitərəfli münasibətləri möhkəmləndirmək üçün xüsusi səylərini yüksək qiymətləndirərək, Ali Məqamlı Rəhbərin məktubunu ən tez bir zamanda Vladimir Putinə çatdıracağını söyləyib.