İran və İraq üç memorandum imzalayıblar
İran və İraq rəsmiləri məhkəmə sahəsində üç anlaşma sənədi imzalayıblar.
SəhərAzəri xəbər verir, İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri dünən gecə İraq xalqının əzəmətli qarşılama mərasimi ilə Bağdada daxil oldu.
Qeyd olunan üç anlaşma sənədi iki ölkənin məhkəmə üzrə məsul şəxslərinin hüquqi iclasından sonra İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri Ayətullah Seyyed Ebrahim Rəisi və İraq ali məhkəmə şurasının sədri Faiq Zidanın hüzurunda imzalanıb.
Məhkəmə həmkarlıqları üzrə anlaşma sənədi iki ölkənin baş prokurorları, təftiş təşkilatının anlaşma sənədi İraqın ədliyyə naziri və İranın təftiş təşkilatının sədri, iki ölkənin həbsxanaları barədə olan üçüncü memorandum isə İran tərəfindən, İran zindanlar təşkilatının sədri vasitəsilə imzalanıb.
Həmçinin İran İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri və onu müşayiət edən heyət bu gün İraqın məhkəmə nailiyyətləri muzeyində olublar.