Bayden hökuməti hələ öz siyasətləri barədə bir nəticəyə gəlməyib
İranın xarici işlər naziri vurğulayıb: Bayden hökuməti hələ öz siyasətləri barədə bir nəticəyə gəlməyib, amma İranın siyasətləri tamamilə aydın və qətiyyətlidir.
SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif Çinin «Foniks» informasiya kanalı ilə müsahibədə deyib: Birləşmiş Ştatların yeni hökuməti ilə nüvə anlaşması ilə bağlı son məsələlər barədə İran birinci addımı atmayacaq və öncə Amerika özünün nüvə anlaşmasına sədaqətini göstərməlidir.
İranın xarici işlər naziri sonra belə qeyd edib: Amerikalılar nüvə anlaşması haqqında hər hansı bir tədbir görməzdən öncə İranın onların hərəkətlərinə olan reaksiyaları ilə bağlı sayıq olmalıdırlar.
Zərif Foniks müxbirinin «Bayden deyibdir ki, Vaşinqton nüvə anlaşmasına sədaqət istiqamətində ilk addımı atmayacaq. Tehranın bu barədəki mövqeyi necədir?» sualının cavabında deyib: Hələ də bu qənaətdəyəm ki, amerikanlar hələ öz siyasətlərini yekunlaşdırmayıblar və buna görə, Ağ Ev Baydenin mövqeyini bir neçə dəfə islah etməyə məcbur olacaqdır.
O, vurğulayıb: Tamamilə aydındır ki, Birləşmiş Ştatlar nüvə anlaşmasından çıxıb və bir qayda olaraq, həmin ölkə nüvə anlaşması barədə yarımçıq siyasətlər yürütmə prosesini dayandırmalı və sanksiya siyasətlərini ləğv etməlidir.
İranın xarici işlər naziri vurğulayıb: İran heç bir vəchlə qarşı tərəfə imtiyaz verməyəcək.