Fev 14, 2021 19:31 Asia/Baku
  • İranda şüşə və alüminium istixanaların yeliləşdirilməsi

İranın Şərqi Azərbaycan vilayətinin sənaye işçiləri modern şüşə və alüminium istixanaların düzəldilməsi texnologiyasına nail olmaq və bu istixanaları yerliləşdirməklə İranı bu cür istixanaların təchizatlarının idxalına ehtiyacsız ediblər.

SəhərAzəri xəbər verir ki, Təbrizdə bir alüminium profillər istehsalı obyekti yüksək keyfiyyətli alüminium strukturlar dizayn və icra etməklə bundan öncə Niderland da daxil olmaqla Avropa ölkələrindən ölkəyə idxal olunan bu tip istixanaların importunun qarşısnı almaq üçün zəmin yaratmağa müvəffəq olub.

m.k- Dünyanın ən yaxşı texnologiyası ilə bəzək, sənaye və tikinti sahələri üçün müxtəlif alüminum profillərini emal və istehsal edirik.

Bura, bir neçə istixanaya malik olan Əhər rayonudur. Amma bu alüminium-şüşə istixanası digər istixanalardandır.

m.k- Niderlandın «Veldo» layihəsi olan bu şüşə istixana sistemlərini burada dizayn edib, düzəldib, qəlibə salıb, quraşdırmışıq. Yəni bütün bu kompleksi özümüz düzəltmişik.

Möhkəmlik, davamlılıq, işıqlandırma və münasib hündürlük bu tip istixanaların özəlliklərindən olub.

m.k- Bizim istixanamızın sahəsi, üç min kvadratmetrdir. Hal-hazırda çiyələk/ mərtəbəli və təqribən səksən min buta formasında əkilib.

Son illərdə Şərqi Azərbaycan vilayətində 260 hektardan çox istixana inşa edilib.

Xarici nümunəsinə nisbətən profil strukturlarının düzəldilməsi və saxlanıması xərcinin aşağı, həmçinin strukturun son dərəcə möhkəm olması, istixananın içində buxarın toplanması, yüksək ekspozisiya əmsalı, əkin növü ilə mütənasib surətdə istixananın ventilyasiyası, bu növ istixanaların digər xüsusiyyətlərindəndir.

Teqlər