İran və Yaponiya Urmiyə gölünün bərpası üçün daha 3 il əməkdaşlıq edəcək
Fev 19, 2021 12:09 Asia/Baku
İran və Yaponiya Urmiya gölünün qorunması üçün daha 3 illik müştərək əməkdaşlıq sazişi imzalayıb.
SəhərAzəri xəbər verir, sənədə əsasən İran və Yaponiya 7 illik əməkdaşlığın davamı olaraq Urmiya gölünün bərpası üçün görülən işlərin möhkəmləndirilməsi məqsədi ilə daha 3 il əməkdaşlıq edəcək.
Qeyd edək ki, 2014-cü ildən Yaponiya mütəxəssisləri Urmiya gölünün qurumasının qarşısını almaq üçün lazımi işlər görür. Yeni imzalanmış 3 illik müştərək əməkdaşlıq çərçivəsində yaponiyalı mütəxəssislər İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Fars və Xuzistan əyalətlərindəki göllərin qorunub saxlanılması üçün də işlər görəcək.