BMT nüvə anlaşmasının icrası və gücləndirilməsini istəyib
https://azeri.sahartv.ir/news/İran-i373498-bmt_nüvə_anlaşmasının_icrası_və_gücləndirilməsini_istəyib
BMT sözçüsünün müavini Amerikanın İrana qarşı tətik mexanizminin fəallaşması iddiasını geri götürmək üzrə məktubunu alqışlayaraq, deyib: Bütün tərəflərdən istəyirik ki, nüvə anlaşmasının icrası və gücləndirilməsi istiqamətində addım atsınlar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 20, 2021 06:56 Asia/Baku
  • BMT nüvə anlaşmasının icrası və gücləndirilməsini istəyib

BMT sözçüsünün müavini Amerikanın İrana qarşı tətik mexanizminin fəallaşması iddiasını geri götürmək üzrə məktubunu alqışlayaraq, deyib: Bütün tərəflərdən istəyirik ki, nüvə anlaşmasının icrası və gücləndirilməsi istiqamətində addım atsınlar.

SəhərAzəri xəbər verir, Fərhan Həqq öz mətbuat konfransında, baş vermiş dəyişikliyi alqışlayaraq, söyləyib: Ümid edirik ki, qarşıdakı günlər və həftələrdə atılacaq hər hansı addım Əhatəli Birgə Əməliyyat Planının tam şəkildə icrası və gücləndirilməsi üçün olacaq.

BMT sözçüsünün müavini sonra deyib: Bir daha bütün tərəflərdən istəyirik ki, bu mühüm diplomatik nailiyyəti gücləndirib, möhkəmləndirəcək addımlar atsınlar.

Həqq əksər iranlı diplomatların məhdudiyyətlərinin ləğvi barədə isə belə deyib: Bu, diplomatların lazım olan fəaliyyətlərini daha asan və daha konstruktiv şəkildə görə bilmələri üçün yaxşı bir hadisədir.

BMT sözçüsünün müavini sonra söyləyib: İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını davam etdirəcəyini gözləyirik.

Amerika cümə günü səhər Donald Tramp hökumətinin BMT-nin İrana qarşı sanksiyalarının qaytarılması üzrə addımını geri götürməkdən əlavə, İran diplomatlarının gediş-gəliş məhdudiyyətlərini də azaldıbdır.