Xübrəqan Məclisinin bəyanatında deyilir:
"Sanksiyalar ləğv olmadan ABŞ-ın nüvə anlaşmasına qayıtması ziyanlıdır"
Rəhbərlik Xübrəqanı Məclisinin 8-ci rəsmi iclasının yekun bəyanatında vurğulanıb: "Sanksiyaların praktiki olaraq, ləğv edilmədiyi təqdirdə ABŞ-ın nüvə anlaşmasına qayıtması nəinki faydalı deyil, hətta ziyanlıdır".
SəhərAzəri xəbər verir, Rəhbərlik Xübrəqanı Məclisinin bəyanatında deyilir: "İran xalqının müqaviməti və bütün problemlərə və çətinliklərə dözməsi ilə ABŞ-ın İran xalqına qarşı zalımcasına sanksiyaları və maksimum təzyiq siyasəti uğursuz oldu və bütün dünya ABŞ-ın digər bir xəbis və məntiqsiz prezidentinin tarixin zibilliyinə atıldığını gördü, amma İran İslam Respublikası hələ də güclü şəkildə irəliləyir".
Bəuanatda əlavə olunub: "Dünya imperializmi bilməlidir ki, ABŞ-ın nüvə anlaşmasına qayıdıb-qayıtmamasının İranın şərəfli xalqının müqavimətində heç bir təsiri yoxdur və sanksiyalar praktikada ləğv edilmədən onların nüvə anlaşmasına qayıtması nəinki faydalı deyil, hətta ziyanlıdır".
Rəhbərlik Xübrəqanı Məclisi, İranın hakimiyyət orqanları başçılarının yekdilliyi və hörmətli rəsmilərin İslam İnqilabının Böyük Rəhbərinin göstərişlərinə itaət etmələri və ölkənin izzət və müsəqilliyinin yekdil müdafiəsi ilə düşmənlərin fitnələri qarşısında qalib gələcəyik".
Rəhbərlik Xübrəqanı Məclisinin üzvləri bu gün axşam saatlarında İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Böyük Rəhbəri ilə görüşəcəklər".