Ruhani, Tehran ilə Buxarest arasındakı əməkdaşlıq səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğuladı
Prezident Ruhani Tehran-Buxarest əməkdaşlıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
SəhərAzəri xəbər verir ki, Prezident Ruhani çərşənbə günü Rumıniya Respublikasının Tehrandakı yeni səfirinin etimadnaməsini qəbul edərkən deyib: "İki ölkə arasında iqtisadi və elmi sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlar var."
Yeni dövrdə iki ölkə arasındakı münasibətlərin daha da genişlənəcəyinə ümid etdiyini söyləyən Prezident əlavə edib: "İran İslam Respublikası Rumıniya da daxil olmaqla müxtəlif ölkələrlə Corona epidemiyasına qarşı mübarizə sahəsində qarşılıqlı əlaqədə olmağa və fikir mübadiləsi və təcrübə mübadiləsinə hazırdır. "
Rumıniya Respublikasının Tehrandakı yeni səfiri Mirla Karmen Greko etimadnaməsini təqdim edərkən deyib: "Tehran ilə Buxarest arasındakı münasibətlər həmişə səmimi olub və bu platforma səviyyəni yüksəltmək üçün mövcud imkanlardan istifadə edilməlidir ki,
iki ölkə arasındakı əməkdaşlıq və əlaqələr daha da yaxşı atmosferdə irəliləsin.
Rumıniya səfiri həmçinin söyləyib: "İki ölkə arasındakı bəzi razılaşmaların icrası Korona epidemiyası ücbatından təxirə salındı, lakin “Buxarestdəki İran səfiri ilə apardığımız məsləhətləşmələrdə ikitərəfli əməkdaşlıq komissiyasısının keçirilməsi ilə əlaqələrin genişləndirilməsindəki gecikmələri və problemləri həll etməyə çalışdıq.