Fev 28, 2021 10:48 Asia/Baku
  • Amerikanın nüvə anlaşmasına qayıtmasının asan yolu, öhdəliklərin yerinə yetirilməsidir

İranın BMT-dəki daimi nümayəndəsi Amerikanın hazırkı hökumətinin 2231 saylı qətnamənin və nüvə anlaşmasının pozucusu olmaqda davam etdiyini bildirib.

SəhərAzəri xəbər verir ki, Məcid Təxte Rəvançi vurğulayıb ki, Amerikanın nüvə anlaşmasına qayıtmasının asan yolu, onun bu anlaşmadakı öhdəliklərini tam şəkildə yerinə yetirməsidir.

Əlcəzirə informasiya kanalına müsahibə verən Təxte Rəvançi Birləşmiş Ştatların nüvə anlaşmasından çıxdığını xatırladıb və belə qeyd edib: Bayden hökuməti bir çox hallarda bildiribdir ki, Birləşmiş Ştatlar nüvə anlaşmasına qatılacaq, amma indiyədək bu ölkənin nüvə anlaşması qarşısındakı siyasətində heç bir dəyişikliyin şahidi olmamışıq.

Məcid Təxte Rəvançi bildirib ki, müzakirənin proqramı və iş gündəmi olmalı, həmçinin əvvəli ilə axırı bəlli olmalıdır.

O, deyib: Bizcə lazım olan məsələ budur ki, Amerika BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə və nüvə anlaşmasına əsasən, öz öhdəliklərini yerinə yetirmək barədə qərara gəlməlidir. Burayadək, Amerika 2231 saylı qətnamənin və nüvə anlaşmasının pozucusu olmaqda davam edir.

İranın BMT-dəki daimi nümayəndəsi «Görən, sanksiyaların azaldılması, nüvə anlaşmasına qayıdışın bir hissəsi anlamına gələ bilərmi?» sualının cavabında deyib: Konkret olaraq, sanksiyalar bu anlaşmanın bir hissəsi olaraq, aradan qaldırılmalı idilər ki, İran da tam şəkildə öz öhdəliklərinə əməl etmiş olaydı.

O, «İranın addımları gərginliyin şiddətlənməsinə səbəb olmayacaqmı?» sualına isə belə cavab verib: Bizim atdığımız addımlar gərginliyin şiddətlənməsinə səbəb ola bilməz. Tramp hökuməti nüvə anlaşmasından çıxmaq qərarına gələrkən anlaşmadakı yerdə qalan tərəflər bizdən Trampın mövqeyinə bənzər mövqe tutmamağımızı istədilər. Dedilər ki, Tramp hökumətinin nüvə anlaşmasından çıxmasına görə, bizim xəsarətimizi ödəyəcəklər. Biz bir il gözlədik, amma onların vədi boş bir vəd olaraq, bizə heç bir şey nəsib etmədi.

Təxte Rəvançi MAQATE müfəttişlərinin sayının azalması barədə isə belə söyləyib: İranın agentliyin müfəttişlərini qovması barədəki fikir düz deyil. Biz qərara aldıq ki, əlavə protokolu yerinə yetirməyək, amma eyni zamanda, nüvə silahlarının yayılmaması müqaviləsi- NPT-nin üzvüyük.

Teqlər