CENTCOM-un İranın Əynuləsəd-ə qarşı raket hücumuna dair filmi
Qərbi Asiyada yerləşən terrorçu amerikalı qüvvələrin baş qərargahı təsnifat vəziyyətindən çıxan və İranın Əynuləsəd bazasına qarşı raket hücumundan söz açan bir film yayıb.
SəhərAzəri «CBS Nyus» telekanalının məlumatına istinadən xəbər verir ki, ötən ilin yanvarında İran ABŞ qüvvələrinə qarşı o zamanadək ən böyük ballistik raket hücumunu həyata keçirdi və çox sayda təyyarənin və iki min amerikalı hərbçinin yerləşdiyi Əynuləsəd bazasına on bir raket dəydi. Həmin raketlərin hər birinin 453 kiloqramdan çox ağırlığa malik başlığı var idi.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah 2020-ci il yanvarın səkkizi, səhərçağı Amerika hökumətinin bu korpusun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymaniyə qarşı terror hərəkətinə cavab olaraq, onlarla raketlə İraqın Ələnbar vilayətində yerləşən Əynuləsəd amerikan bazasını hədəfə aldı.
Bu hücumdan sonra Amerikanın keçmiş prezidenti Donald Tramp iddia etdi ki; «hər şey yaxşıdır» və amerikalı hərbçilərindən heç biri zərər çəkməyibdir.
Amma Pentaqon, zaman keçdikcə həmin hücumdan irəli gələn xəsarətlərin miqdarını yaydı.