Mart 04, 2021 14:08 Asia/Baku
  • İranın əldətoxunma xalça ixracatı artıb

İranın milli xalça mərkəzinin direktoru İranın əldətoxunma xalça ixracatının çəki cəhətdən artmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Fərəhnaz Rafe cari günəş ilinin doqquz ayında, əldətoxunma xalça ixracatının ondan qabaqkı ilin oxşar dövrü ilə müqayisədə çəki cəhətdən on altı tam onda dörd faiz artmasından xəbər verib.

Rafe sonra deyib: Cari günəş ilinin doqquz ayında İranın iki min 764 ton əldətoxunma xalçası digər ölkələrə ixrac olunubdur ki, bu miqdar ötən ilin oxşar dövrü ilə müqayisədə iki min 366 ton çox olubdur.

İranın milli xalça mərkəzinin direktoru həmçinin deyib: Bu ilin on ayında bir milyon 869 min 403 kvadratmetr əldətoxunma xalça istehsal edilib.

İranın əldətoxunma xalça istehsalçılarının kooperativ şirkətlər birliyinin icraçı direktoru Əbdollah Bəhrami də bundan öncə demişdi ki, əldətoxunma xalça strateji bir ticarət malıdır və iqtisadi cəhətdən çox böyük əhəmiyyətə malikdir.

 

Teqlər