Mart 05, 2021 17:13 Asia/Baku
  • Üç Avropa ölkəsi öz mövqeyindən geri çəkilib

Üç Avropa ölkəsi MAQATE-nin direktorlar şurasının iclasında anti-İran qətnamə layihəsini təqdim etmək niyyətindən geri oturub.

SəhərAzəri xəbər verir, üç Avropa ölkəsinin anti-İran qətnaməsinin MAQATE-nin direktorlar şurasının iclasında verilməsi prosesi dayanıb. Və İranın agentlikdəki nümayəndəsi bu qətnamə layihəsinin təqdim olunmasını təxribatçı və qeyri-konstruktiv bir hərəkət adlandırıb.

İranın agentlikdəki nümayəndəsi deyib:

Bu yazışmalar və məşvərətlərdə direktorlar şurasına üzv ölkələrə lazımi xəbərdarlıqlar etdik. Bildirdik ki, hər hansı qətnamənin qəbul olunması, İran ilə agentliyin son birgə anlaşması da daxil olmaqla ikitərəfli həmkarlıqlarda böyük təsir buraxacaq; bu da həmin anlaşmanın bitməsi hesab olunacaq.

Qətnamənin İranla iş prosesini pozacağını hesab edən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktotu Rafael Qrossi bir mətbuat konfransında iştirak edərək, gələn ay nəzarət razılaşması ilə bağlı məsələlər barədə İranla texniki iclasın keçiriləcəyindən xəbər verib.

R. Qrossi deyib: "İranla sıx müşavirələrimiz oldu. İran nəhayət mənim təşəbbüsümü alqışladı və qəbul etdi ki, yerdə qalan bəzi məsələlərin aydınlaşması məqsədilə təmərküzləşmiş və sistemli bir səydə iştirak etsin".

Qəribabadi bu barədə belə deyib: İran ilə agentliyin texniki danışıqları İran və agentliyin adi texniki iclasları və anlaşmalarının davamıdır və iki tərəf nəzarət razılaşması bəhsləri barədəki öz dəyərləndirməsi haqda söhbət edəcək.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi üç Avropa ölkəsinə və Amerikaya tövsiyə etmişdi ki, mövcud fürsətlərdən istifadə edərək, sanksiyaların ləğvi üçün öz öhdəliklərinin tam və təsirli icrasına qayıtsınlar.

Teqlər