Joe Biden, İrana qarşı milli fövqəladə vəziyyəti uzatdı
ABŞ Prezidenti, ABŞ Nümayəndələr Palatası sədrlərinə və ABŞ Senatına göndərdiyi məktubda İrana qarşı milli fövqəladə vəziyyəti bir il daha uzatdı.
SəhərAzəri kanalı xəbər verir ki, məktubda, İlk dəfə 15 Mart 1995-ci ildə elan edilmiş İrana qarşı milli fövqəladə vəziyyətin 15 Mart 2021-ci ildən sonra da tətbiq olunacağını qeyd olunub.
ABŞ prezidenti iddia edib ki, İran hökumətinin raketlərin genişləndirilməsi , inkişafı və digər asimmetrik və şərti silah qabiliyyətləri də daxil olmaqla hərəkətləri həmçinin terroçu qurupları himayədə Sepah-ın fəaliyyətləri ABŞ-ın milli təhlükəsizliyi ,xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi bir təhdidir.
14 Noyabr 1979-cu ildə, o zamanki prezident Jimmy Carter İrana qarşı 12170 saylı İcraedici Sərəncam verdi ki bu zamana kimi ABŞ prezidentləri tərəfindən uzadılıb.
12957 saylı başqa bir icraedici fərman da Bill Klinton rəhbərliyi tərəfindən 15 mart 1995-ci ildə İranın neft inkişafı ilə əlaqəli bəzi əməliyyatların qadağan edilməsi barədə verilmişdir