Iran şəhərlərindən olan Bonabın "Qara Qışlaq" gölməçəsi Sibirin köçəri quşlarını qəbul edib
22 min hektar sahəsi olan Bonab şəhərinin "Qara Qışlaq" gölməçəsi müxtəlif səbəblərdən, o cümlədən kifayət qədər qida və əlverişli iqlim şəraitinə görə, Sibirin köçəri qularına ev sahibliyi edir.
SəhərAzəri xəbər verir ki, Bonab şəhərinin beynəlxalq " Qara Qışlaq" gölməçəsi Urmiyə gölünün ən mühüm gölməçələrindən biridir və 22 min hektar sahəsi ilə yaz fəslində həyatlarını davam etdirmək və nəsil artırmaq üçün bu şəhəri seçmiş köçəri quşlara ev sahibliyi edir.
M.M: Bonab şəhərinin "Qara Qışlaq" gölməçəsində indiyədək təxminən 53 növ quş müəyyən edilib ki onların ən mühümü qazdır".
İki amil quşların bu gölməçəyə köçməsinə səbəb olub.
M.M: "Qara Qışlaq" gölməçəsi milli və beynəlxalq əhəmiyyətə malik olan gölməçələrdən biridir və ekoloji şərait baxımından və üç çayın mənsəbində yerləşdiyi üçün yüksək biomüxtəlifliyə sahibdir.
M.M: Kifayət qədər qida, geniş sahə və bol su qazların hər il yay fəslinin sonlarında və payızın əvvəllərində buraya gəlməsinə səbəb olubdur. Bu gölməçə həm payızda, həm də qışın sonunda köçəri quşların yerləşməsi və bəslənməsi üçün münasib məkandır.
Hər il Orta Asiya və Sibirdən minlərlə quş Bonabın beynəlxalq "Qara Qışlaq" gölməçəsinə daxil olur.