Mart 08, 2021 23:01 Asia/Baku
  • İranın Rusiyaya ixracatı ikiqat artıbdır

2020-ci ildə İrandan Rüsiyaya tədarük edilən malların həcmində 105 faiz artım qeydə alınıb ki, bu da Xəzər dənizinin iki tərəfində iqtisadi əməkdaşlıq üçün yüksək potensialın mövcudluğundan xəbər verir.

SəhərAzəri xəbər verir, son 10 ayda koronavirus pandemiyasına rəğmən İrandan Rusiyaya ixrac edilən mallarda 105 faizlik və ya ikiqat artım, iki etibarlı tərəfdaş olaraq, Tehran-Moskva ticarət əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.

İran-Rusiya ticarət şurasının sədri Vladimir Abidinov deyib: "İran və Rusiya beynəlxalq arenada eyni şəraitə və birgə maraqlara sahibdirlər və hər iki ölkə ABŞ sanksiyalarına məruz qalıblar ki, bu şərait və yüksək potensiallardan istifadə ilə əməkdaşlıqlar və iqtisadi mübadilələri sürətlə artıra və sanksiyaları zərərsizləşdirə bilərik". 

Bu arada İranın Avrasiya İqtisadi Birliyi ilə tərcihli ticarət müqaviləsinə qoşulması, bu birliyə üzv ölkələr, xüsusilə də Rusiya ilə iqtisadi əməkdaşlıqların genişləndirilməsini sürətləndirib. 

V. Abidinov əlavə edib: "İanın bir il yarım əvvəl Avrasiya İqtisadi Birliyinə üzv olmasından sonra bu birliyə üzv ölkələrlə, o cümlədən Rusiya ilə ticarət həcmi xeyli artıbdır. Ancaq daha çox diqqət yetirilsə, iqtisadi mübadilələrdə çox əhəmiyyətli bir sıçrayışa şahid ola bilərik".

İranlı iş adamları və biznesmenlərin İranın Rusiyadakı səfiri ilə keçirdiyi simpoziumda, bir ticarət planı təqdim edilib; Hansı ki, ona əsasən, iki ölkənin iş adamlarının malları təhlükəsiz bir marşurutda, qanun və məhkəmənin dəstəyi ilə mübadilə ediləcək.

Teqlər