Mart 09, 2021 21:00 Asia/Baku
  • Azəri ruhanilər İmam Rza(ə) hərəmində xüddamlığa maraq göstərirlər

Azərbaycan Respublikasının ruhaniləri İmam Rza(ə) hərəmində xüddamlığa maraq göstərirlər.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Cümə dini icmasının rəhbəri Hacı İlqar İbrahimoğlu və bu ölkənin tanınmış din xadimlərindən olan Şeyx Sərdar Hacı Həsənli Babayev üçün dünya şiələrinin səkkizinci imamı- Saminulhucəc Əli ibn Musa Əl-Rza(ə)-ın hərəminin xüddamlığı hökmü verilib.

Azərbaycan Respublikası Cümə dini icmasının rəhbəri Hacı İlqar İbrahimoğlu bildirib ki, o, və Şeyx Sərdar Hacı Həsənli Babayev Saminulhucəc Əli ibn Musa Əl-Rza(ə)-ın hərəminin xüddamlığı hökmünü ala bilibər.

Hacı İlqar İbrahimoğlu öz şəxsi səhifəsində bu barədə belə yazıb: İslam İnqilabının Böyük Rəhbəri Ayətullahuluzma Seyyed Əli Xameneinin ofisinin diqqəti nəticəsində bir ildən çox idi ki, Həzrət İmam Rza(ə)-ın xüddamlığı şərəfinə ömürlük nail olmaq bizə nəsib olmuşdu.

Xüddamlıq sənədi Həzrət İmam Rza(ə)-ın pak hərəmində, Astane Qodse Rəzəvi tərəfindən təqdim olunub.

Hacı İlqar İbrahimoğlu Allah-Taalanın dərgahına şükürlər edərək, Həzrət İmam Rza(ə)-ın Qiyamət günündə hamıya şəfaət verməsini diləyibdir.

Teqlər