Mart 12, 2021 09:44 Asia/Baku
  • İran tərksilah konfransının hədəflərinin reallaşması üçün güclü siyasi iradənin vacibliyini vurğulayıb

İranın Cenevrədəki səfiri və daimi nümayəndəsi tərksilah üzrə konfransın yerinin əhəmiyyəti və rolunu vurğulayıb.

SəhərAzəri xəbər verir ki, İranın Cenevrədəki səfiri və daimi nümayəndəsi bildirib ki, bu orqanın hədəf və vəzifələrinin reallaşması güclü siyasi iradə tələb edir.

Esmail Bəqayi Hamaneh cümə axşamı günü virtual tərksilah konfransındakı çıxışında bəyan edib ki, İran İslam Respublikasının nöqteyi-nəzərincə, silahsızlaşdırma barədə yeganə çoxtərəfli müzakirə heyəti kimi tərksilah konfransının yeri və rolunun gücləndirilməsi ən yüksək önəmə malikdir.

O, sonra deyib: Biz öz müzakirə vəzifələrini həyata keçirməsi və hüquqi icbaredici alətlər yaratmaq istiqamətində öz əsas fəaliyyətini bərpa etməsi üçün tərksilah konfransına kömək istiqamətində güclü siyasi iradəyə ehtiyac duyuruq.

Hamaneh vurğulayıb: Bununla belə, biz bu yüksək iclası bir məşvərət orqanına çevirmək istəyən bəzi heyətlərin siyasi iradələrinin olmamasının şahidiyik.

Teqlər